18 Mayıs 2016 Çarşamba

Giriş

Giriş

Tarix boyu insanlar yaşadıqları kainatı müşahidə edərək onun sirlərini açmağa çalışdılar. Bir çox elm adamı insanların zehinlərini məşğul edən suallara cavablar tapmaq üçün illərlə çalışdı. Bəziləri yaşadıqları dövrün şərtlərinə bağlı olaraq çox böyük icadlara imza atarkən, bəziləri də öz dövrlərində diqqəti cəlb edən, lakin sonralar isə böyük elmi yanılmalar olaraq qəbul edilən iddialar irəli sürmüşdü.
Ptolemey eramızın II əsrində, o dövrün elm mərkəzi olan İsgəndəriyyədə yaşamış bir elm adamı və mütəfəkkirdi. İçində olduğu kainatı tanımaq və dünyanın kainatdakı mövqeyini kəşf etmək istəyən Ptolomey uzun müddət göyü müşahidə etdi. Günəşin, Ayın və ulduzların hərəkətləri barəsində düşündü. Sonunda isə bir qərara gəldi: Kainatın mərkəzində Dünya vardı. Onun düşüncələrinə görə, dünya hərəkətsiz olaraq dayanır, Günəş, Ay, planetlər və bütün ulduzlar isə onun ətrafında dönürdülər. Ptolomeyin böyük maraqla qarşılanılan bu fəaliyyətləri müxtəlif dillərə çevrildi və xüsusilə Avropa mədəniyyəti üzərində böyük təsir meydana gətirdi. Katolik kilsəsi Ptolomeyin dünya mərkəzli kainat modeli ilə xristian ilahiyyatını birləşdirdi. Bəziləri, Ptolomeyin modelindəki ziddiyyətləri görmələrinə baxmayaraq, Ptolomeyə verilən böyük dəstəkdən ötrü susmaq məcburiyyətində qaldı. Ziddiyyətləri qısa zamanda aşkara çıxan bu fikrin tərk edilməsi asan olmadı. 15-ci əsrə gəlindiyində isə, bəzi irəliləyişlər yaşanmağa başlandı. İlk olaraq Kopernik Ptolomeyin fikirlərində böyük səhvlər olduğunu göstərdi. Kopernik dünya mərkəzli kainat inancına qəti olaraq qarşı çıxdı və bu həqiqəti ortaya qoydu: Dünya kainatın mərkəzində deyildi.Sonrakı əsrlərdə isə, dünyanın Günəş ətrafında dönən bir planet, Günəşin Süd yolu qalaktikasının içindəki milyardlarla ulduzdan biri və Süd yolu qalaktikasının isə sayı belə müəyyənləşdirilə bilinməyən ulduz topalarına yalnız bir nümunə olduğu məlum oldu.
Batlamyus
1600-cü illərin sonuna doğru isə, elm tarixi başqa bir yanılmaya səhnə oldu. Od və saçdığı alovlar hər dövrdə insanların diqqətini çəkmişdi. O dövrə qədər hələ sirri kəşf edilə bilməmiş odun qaynağı üzərində düşünən insanlardan biri də Alman elm adamı G. E. Stahl idi. Stahl araşdırmaları nəticəsində,odun yaranmasına "flojiston" adı verilən gözlə görülə bilməyən bir maddənin səbəb olduğunu irəli sürdü. Stahla görə flojiston obyektlərə girib çıxa bilən bir maddə idi. Flojistona sahib bir obyekt sürətlə yandığı halda, flojistona sahib olmayan obyektlər isə yanmırdı. Yanan maddələrdən tüstü çıxması, bu maddələrin yanarkən kiçilmələri və yüngülləşmələri, flojistonun bu maddələri tərk etməsi kimi şərh olundu. Tədqiqatlarda, yanan maddələrin üstünün örtülməsiylə və ya toz və torpaq atılıb söndürülməsiylə flojistonun çıxışının qarşısı alındığı və beləcə atəşin söndüyü düşünülürdü.
Ancaq zaman keçdikcə, metalların yanarkən kiçilməmələri və ya yüngülləşməmələri flojiston həqiqəti haqqında bəzi şübhələrin yaranmasına səbəb oldu. 1700-cü illərin sonunda isə havanın bir neçə fərqli qazın qarışığından ibarət olduğu kəşf edildi. Bu fərqli qazların fərqli formalarda yanmaları da flojiston nəzəriyyəsi ilə açıqlanmağa çalışılarkən, oksigen qazıyla əlaqədar aparılan araşdırmaların biri nəzəriyyənin süquta uğratdı. Antuan Lavuazye adlı elm adamı oksigen qazı içində yandırdığı bir metalı müşahidə etdi. Bu müşahidəsi nəticəsində yanan metalın çəkisinin artdığını, oksigen miqdarının isə azaldığını gördü. Məhz bu təcrübə insanlara odun qaynağını da göstərdi. Obyektlər oksigen aldıqları üçün yanırdılar. Flogiston adlı nəzəri maddə isə əsla var olmamışdı.
dsda
Kopernik, Batlamyus'un ortaya attığı ve Katolik Kilisesi tarafından benimsenen Dünya merkezli evren modelini yıktı. Onun tanımladığı yeni model, Dünya'nın Güneş Sistemi'nin bir parçası olduğunu gösteriyordu.
Tarixdəki elmi yanılmalara başqa bir nümunə isə, elektrikin qaynağı barəsində verilmiş bir şərhdir. Doktor Luigi Qalvani 1780-ci illərdə heyvanlarla əlaqədar tədqiqat apararkən, birdən-birə yeni bir elektrik qaynağı tapdığını güman etdi. Qurbağalar üzərində apardığı araşdırmalarda metal bir parçaya bağlanan qurbağa qıçındakı əzələlərin tərpəndiyini gördü. Qalvani bu canlı üzərində apardığı bir neçə araşdırma nəticəsində bu qərara gəldi: Bir metal heyvanların əzələlərindən və sinirlərindən qaynaqlanan elektrikin çölə çıxmasını təmin edirdi. Qalvani təcrübəsini tək qıç üzərində tək metal parçasıyla aparmışdı. Bu təcrübənin məntiqindən şübhələnən Alessandro Volta adlı elm adamı mövzuyla əlaqədar çalışmalara başladı. Volta qurbağanın qıçına bir telin fərqli iki ucunu bağladı və qıçlardakı əzələlərin az da olsa qımıldamadığını gördü. Bu təcrübədən sonra çalışmalarına davam edən Volta, qurbağadan və ya başqa bir heyvandan qaynaqlanan elektrik iddiasının həqiqət olmadığını göstərdi. Elektrik, elektronlardan qaynaqlanan bir axın idi və metallar elektronu daha asanlıqla ötürürdü. Heyvanlardakı elektrik nəzəriyyəsi bir dövrün insanlarını çaşbaş vəziyyətdə qoymuş bir yanılma idi.
Bu nümunələrdən də açıq şəkildə göründüyü kimi, indiki vaxtda çox yaxşı bilinən həqiqətlər haqqında keçmişdə bir sıra çox səhv iddialar irəli sürüldü. Bir çox elm adamı istər yaşadıqları dövrün geri qalmış elm səviyyəsi, istərsə də sahib olduqları bəzi ön mühakimələr səbəbindən bir çox elmi yanılmaya qapıldı. Tarixdə olmuş bu kimi elmi yanılmalara göstəriləcək ən böyük nümunə, həyatın mənşəyi haqqında ortaya atılmış iddialardan biriydi. Çünki bu iddianın göstərdiyi təsirlər və məntiqsizliyi yuxarıda nümunəsini göstərdiyimiz yanılmalardan olduqca böyük oldu. Bu yanılma, təkamül inancıyla materialist dünyagörüşünün birləşdiyi Darvinizm idi.
Əldə kifayət qədər elmi dəlil olmadığı üçün darvinizm bir zamanlar bəzi şəxslər tərəfindən elmi bir nəzəriyyə kimi qəbul edilirdi. Çarlz Darvinin 1859-cu ildə nəşr olunan "Növlərin Mənşəyi" adlı kitabı, o dövrdə belə anlaşılan əsassızlıqlarına baxmayaraq, bəzi ətraflarda əks-səda oyandırdı. Darvinin genetika və ya biokimya elmindən xəbərsiz olaraq səsləndirdiyi fərziyyələr, fosil (daşlaşmış qalıntı) qeydlərinin qeyri-kafiliyindən faydalanaraq irəli sürdüyü yanlış iddialar, fəlsəfi səbəblərə görə qəbul etməyə çox meyilli olan bəzi kəslər tərəfindən bu nəzəriyyə hərarətlə qəbul olundu. Bu fəlsəfi səbəb, Darvinin nəzəriyyəsi ilə materialist fəlsəfə arasındakı əlaqə idi. Darvin, bütün canlıların mənşəyini maddi faktorlarla və təsadüflərlə açıqlamağa çalışan, dolayısilə bir Yaradıcının varlığını rədd edən bir nəzəriyyə irəli sürmüşdü. Ağla və məntiqə tamamilə zidd olan bu nəzəriyyənin yanlışlığının elmi olaraq ortaya çıxması üçünsə, 20-ci əsrdə çoxlu sayda kəşflər lazım olacaqdı.
dsda
Ateşin kaynağının "flojiston" olmadığı, uzun bir zaman sonra anlaşıldı.
Bu gün darvinizm hələ də bəzi axmaq elm ətraflarında geniş şəkildə qəbul edilir, amma bu, darvinizm dövrünün sona çatdığını qəbul etməyimizə bir maneə deyil. Çünki nəzəriyyəyə dəstək olan uydurma elmi fərziyyələr bir-bir çökmüşdür. Nəzəriyyəni hələ də ayaqda saxlayan tək səbəb, onun təməli olan materialist fəlsəfənin hələ bir qisim elm ətraflarında fanatik ehtirasla müdafiə olunmasıdır. Darvinizm dünyası, 1980-ci illərin ikinci yarısındakı Sovet İttifaqına bənzəyir. O dövrlərdə kommunizmin bir ideologiya olaraq iflasa uğradığı, fərziyyələrinin etibarsız olduğu ortaya çıxmışdı. Ancaq kommunist sistemin təşkilatları hələ də öz varlığını davam etdirirdi. Kommunist ideologiya ilə beyni zəhərlənmiş bir nəsil hələ də kor-koranə bu ideologiyanı müdafiə edirdi. Bu doqmatizmdən ötrü, faktiki olaraq çökmüş kommunist sistem bir müddət daha yaşadıldı. "Qlasnost" və "Perestroyka" deyilən üsullarla dəyişdirilib yaşadılmaq istəndi. Amma sonunda qaçınılmaz çöküş gəldi.
Bu çöküşdən əvvəl isə, kommunizmin həqiqətdə süquta uğradığını müəyyənləşdirən və dilə gətirən bəzi kəslər var idi. Bir çox qərbli müşahidəçi, bu çöküşün qaçınılmaz olduğunu, Sovet İttifaqındakı vəziyyətin bunu ancaq bir müddət gecikdirə biləcəyini görmüş və yazmışdılar.
Biz də bu kitabda darvinizmin əslində elmi olaraq çoxdan çökdüyünü izah edirik. Onsuz da heç vaxt həqiqi bir elmi dayağı olmayan bu nəzəriyyə elm səviyyəsinin qeyri-qənaətbəxş olmasından ötrü bir müddət bəziləri tərəfindən "qaneedici" hesab edilmiş, amma bu qaneediciliyin də bir yalan olduğu ortaya çıxmışdır. Darvinin təkamül nəzəriyyəsini müdafiə etmək üçün son 150 ildir ki, irəli sürülən iddiaların hər biri hazırkı dövrdə çürümüş vəziyyətdədir. Təkamülün bütün saxta dəlilləri bir-bir çürüdülmüşdür.
Çox yaxında elm dünyasındakı yanılan insanlar da bu həqiqəti dərk edəcək, bu cür səhv bir nəzəriyyəyə necə qapıldıqlarına təəccüblənəcəklər. İsveçli elm adamı Soren Lovtrupun ifadə etdiyi kimi, "darvinist əfsanə bir gün elm tarixindəki ən böyük aldanış olaraq səciyyələndiriləcək".(1) Bu səciyyələndirmənin meydana gəlməsi üçün lazımi bütün elmi məlumatlar ortaya çıxmış, geriyə yalnız bəzi elm ətraflarının bu həqiqəti qəbul etməsi qalmışdır. Sonrakı səhifələrdə təkamül nəzəriyyəsini çürüdən, bəhs olunan elmi məlumatları araşdıracaq və darvinizmin, 19-cu əsrin elm səviyyəsinin qeyri-qənaətbəxş olmasından faydalanılaraq ortaya atılmış böyük bir yanılma olduğunu birlikdə görəcəyik.
dsda
Luigi Galvani
Kurbağalar da evrimcilerin kapıldıkları bilimsel bir yanılgının malzemesi olmuşlardı.

dsda
Darwin canlılığı 19. yüzyılın ilkel araçları ile incelemiş ve bu nedenle yaşamın kompleksliğinin farkına varmamış, büyük bir yanılgıya kapılmıştı.

dsda
Zamanla gelişen teknoloji yeni tasarımların ortaya çıkmasına, günlük yaşamın daha kolaylaşmasına vesile olmaktadır. Bilimsel alanda yaşanan gelişmeler de eski dönemdeki bilgisizlik nedeniyle kabul görmüş olan Darwinizm gibi köhne teorilerin gerçek yüzünü açığa çıkarmaktadır.

dsda
1. Tarihi bir fotoğraf makinesi ve yenisi
2. Telefonun ilk zamanları ve bugünkü hali
3. Bir zamanlar gözde olan bir oda büyüklüğündeki bilgisayarların yerini günümüzde modern bilgisayarlar almıştır. (Sol altta)
4. Bir zamanlar keşfi heyecanla karşılanan siyah beyaz televizyonlar ise yerlerini kusursuz görüntü netliği sağlayan renkli televizyonlara,
5. Gramofonlar yerlerini modern müzik setlerine, CD çalarlara bırakmıştır.
Bir zamanlar evrim teorisi de yetersiz bilim düzeyi nedeniyle kabul görmüştür. Ancak Darwinizm'in maskesi 21. yüzyılda tamamen düşürülmüş, köhne ve çürük bir teori olduğu delilleriyle ortaya konmuştur.

dsda
Darwinizm bilimsel olarak çökmüş bir teoridir. Hiçbir zaman gerçekçi bir bilimsel dayanağı olmayan bu teori, bilim düzeyinin yetersizliği nedeniyle, bir süre için bazılarına "ikna edici" görünmüş, ama zaman içinde gelişen bilim bu ikna ediciliğin de bir aldatmaca olduğunu ortaya çıkarmıştır.

Iqtıbaslar

1- Søre n Løvtrup , Darwinism: The Refutation of A Myth, Croom Helm, New York, 1987, s.422

Darvinizmin Puç Olan Əfsanələri, Elmin Verdiyi Doğru Tərif

Darvinizmin Puç Olan Əfsanələri,
Elmin Verdiyi Doğru Tərif

Hazırkı dövrdə təkamül nəzəriyyəsini müdafiə edən jurnalistlər, yazıçılar, mütəfəkkirlər, elm adamları, alimlər yaxud da universitet tələbələrindən bir anket doldurmaları tələb olunsa və "niyə təkamül nəzəriyyəsinə inanırsınız, bu nəzəriyyənin dəlilləri nələrdir?" deyə soruşulsa, əksəriyyətinin verəcəyi cavab böyük ehtimalla, həqiqətdə hamısı elmdən kənar bir yanılma olan bəzi "əfsanə"lər olacaq. Bu əfsanələrin ən geniş yayılanları və niyə doğru olmadıqları aşağıdakı kimi sıralana bilər.
1) Təkamül tərəfdarları, "elm adamlarının apardıqları təcrübələr, həyatın kimyəvi reaksiyalarla öz-özünə başlaya biləcəyini göstərmişdir" deyə bir iddia irəli sürürlər. Halbuki, bunu göstərən tək bir təcrübə belə yoxdur, üstəlik bunun nəzəri səviyyədə belə mümkün olmadığı ortaya çıxmışdır.
2) Canlı fosillərinin (daşlaşmış qalıntılarının) dünyada bir təkamül prosesinin yaşandığını sübut etdiyini zənn edirlər. Ancaq bunun tam tərsinə bütün fosillər (daşlaşmış qalıntılar) Darvinin nəzəriyyəsiylə tamamilə zidd bir "təbiət tarixi" ortaya çıxarmış, canlı növlərinin təkamül prosesi nəticəsində mərhələli şəkildə meydana gəlmədiklərini, bir anda qüsursuz hallarıyla yaradıldıqlarını göstərmişdir.
3) Məşhur fosil (daşlaşmış qalıntı) arxeopteriksin sürünənlərin təkamül keçirərək quşlara çevrildiyi iddialarını isbat etdiyini zənn edirlər. Ancaq arxeopteriksin uça bilən həqiqi bir quş olduğu aydın olmuş və onun əcdadı olaraq göstəriləcək heç bir sürünən tapıla bilməmişdir. Bu həqiqətin ortaya çıxmasıyla birlikdə təkamülçülərin sürünənlərin təkamül keçirərək quşlara çevrildiyi iddiasını dəstəkləyə bildikləri tək bir dəlilləri belə qalmamışdır.
4) Onlarla ildir ki, "atın təkamülü" təkamül nəzəriyyəsinin ən yaxşı sənədləşdirilmiş dəlillərindən biri olaraq göstərilməyə çalışılmışdır. Halbuki, at silsiləsinin tamamilə gülünc elmi müvəffəqiyətsizlik olduğu ortaya çıxmışdır. Fərqli dövrlərdə yaşamış dörd ayaqlı məməlilər kiçikdən böyüyə doğru düzülmüş və bu xəyali "at silsiləsi" təbiət tarixi muzeylərində sərgilənmişdir. Son illərdəki araşdırmalar isə, at silsiləsindəki canlıların bir-birlərinin əcdadı olmadığını, sıralamaların çox səhv olduğunu, atın əcdadı olaraq göstərilən canlıların həqiqətdə atdan daha sonra meydana gəldiklərini göstərir.
5) İngiltərənin tanınmış "sənaye inqilabı kəpənəklərinin", təbii seleksiya yolu ilə təkamülün yaşanmış bir dəlili olduğunu güman edərlər. Halbuki, sənaye inqilabı əsnasında kəpənəklərin rənglərində baş verən dəyişikliklərin təbii seleksiya yolu ilə təkamül keçirmiş olmadığı qəti olaraq ortaya çıxmışdır. Bu kəpənəklərin rəngləri dəyişməmiş, yalnız ağ kəpənəklər daha çox sayda olduğu halda, dəyişən mühit şərtlərindən ötrü onların sayı azalmış, tünd rəngli kəpənəklərin sayında artım olmuşdur. Bu hekayənin də tam bir elmi saxtakarlıq olduğu aydın olduqdan sonra təkamülçülərin uydurma dəlillərindən biri daha öz etibarlılığını itirmişdir.
6) İnsanın meymunlarla ortaq bir əcdaddan gəldiyini göstərən "meymun adamlara" dair qalıqların və izlərin olduğunu iddia edirlər. Halbuki, bu mövzudakı iddiaların hamısı yalnız ön mühakiməyə əsaslanır, təkamülçülər belə "insanın təkamülü mövzusunda dəlil yoxdur" demək məcburiyyətində qalırlar. Məsələn, təkamülçü bir paleoantropoloq olan Riçard Likey (Richard Leakey) belə söyləyir:
David Pilbeam məmnunsuzluqla belə deyir: "Fərqli bir elm sahəsindən ağıllı bir elm adamını gətirsəniz və ona əlimizdəki qeyri-kafi dəlilləri göstərsəniz, mütləq; "bu mövzunu unudun, davam etmək üçün kifayət qədər dayaq yoxdur" deyəcək". Nə David, nə də insanın əcdadını araşdıran digərləri, əlbəttə ki, bu məsləhətə əməl etməyəcəklər, ancaq hamımız bu qədər yetərsiz dəlillə nəticə çıxarmağın nə qədər təhlükəli olduğunun tamamilə fərqindəyik. (2)
Likeyin yazısında bəhs etdiyi başqa bir təkamülçü paleontoloq olan David Pilbeam isə bu mövzuda bu etirafla çıxış edir:
Yalnız bu kitab barədə (Riçard Likeyin "Köklər" adlı kitabı) deyil, paleoantropologiyanın maraqlandığı bütün sahələr və metodları barəsində tərəddüdlərim var. Nəşr olunan kitablar bunu söyləməyə çəkinirlər ki, mən də daxil olmaqla nəsillər boyu insan təkamülünü araşdıran bütün kəslər qaranlıqlar içində çırpınırlar. Əlimizdə olan məlumatlar, nəzəriyyələrimizi formalaşdırmaq üçün çox etibarsız və yetərsizdir. (3)
İnsanın guya əcdadı olduğu iddia edilən fosillərin (daşlaşmış qalıntıların) ya nəsli tükənmiş bir meymun növünə və ya fərqli bir insan irqinə aid olduğu ortaya çıxır. Nəticədə təkamülçülərin insanın meymunla ortaq bir əcdaddan təkamül keçirərək meydana gəldiyi iddialarını sübut edə bildikləri tək bir dəlilləri belə yoxdur.
Jonathan Wells
Amerikalı biyolog Jonathan Wells ve kitabı: "Evrimin İkonları: Bilim mi Efsane mi? Evrim Hakkında Öğrettiğimiz Şeylerin Çoğu Neden Yanlış?"
7) İnsanla digər canlıların rüşeymlərinin ana bətnində (və ya yumurtada) eyni "təkamül müddəti"ni keçirdiklərini, hətta insan rüşeyminin sonradan yox olan qəlsəmələrinin olduğunu zənn edirlər. (Bu iddianın böyük bir elmi saxtakarlığa əsaslandığı və tamamilə əsassız olduğu dəlillərlə göstərilmişdir. İddianın sahibi olan Hekkel adlı təkamülçü elm adamı, rüşeym şəkillərində qəsdən bəzi dəyişikliklər aparmış, rüşeymləri bir-birinə bənzər göstərməyə çalışmışdır. Artıq təkamülçülər belə bu iddianı elmdən kənar bir saxtakarlıq olaraq qəbul edirlər.
8) İnsanda və digər canlılarda heç bir funksiya yerinə yetirməyən, "korlaşmış" orqanlar olduğunu zənn edirlər. Hətta DNT-nin böyük qisminin belə heç bir funksiya yerinə yetirmədiyini, "qırıntı DNT (kodlaşdırmayan DNT)" olduğunu güman edərlər. Halbuki, bütün bu iddiaların elmi cəhalətdən doğulduğu aydın olmuş, zaman keçdikcə və elm inkişaf etdikcə həm orqanların, həm də genlərin hamısının müəyyən bir funksiya yerinə yetirdiyi ortaya çıxmışdır. Bu həqiqət isə, canlıların guya təkamül prosesində istifadə etmədikləri üçün korlaşan orqanlara sahib olmadıqlarını, bütün orqanları və strukturları etibarilə qüsursuz olaraq yaradıldıqlarını, təsadüflərin əsəri ola bilməyəcəklərini göstərir.
9) Bir canlı növünün öz daxilindəki "variasiyasının" (müxtəlifliyinin) (məsələn, Qalapaqos adalarındakı alacəhrələrin fərqli dimdik strukturlarını) çox güclü bir təkamül dəlili olduğunu zənn edirlər. Halbuki, bunun təkamülə dəlil ola bilməyəcəyi məlumdur. Dimdik strukturlarındakı fərqliliklər kimi "mikro" səviyyədəki dəyişikliklər yeni bioloji məlumat, yəni yeni-yeni orqanlar əmələ gətirə bilməz, dolayısilə təkamül keçirə bilməz. Nəticə etibarilə, bu gün neo-darvinistlər belə, bir canlı növü daxilində gedən ayrılmaların təkamülə səbəb ola bilməyəcəyini qəbul edirlər.
10) Meyvə milçəkləri üzərində aparılan təcrübələrdə həyata keçirilən mutasiyalarla yeni canlı növləri meydana gətirilə bildiyini zənn edirlər. Halbuki, bu təcrübələr nəticəsində yalnız şikəst və sonsuz fərdlər meydana gətirilir, heç bir faydalı mutasiya müşahidə edilmir. Ağıl və məlumat sahibi, mütəxəssis elm adamlarının nəzarəti altında həyata keçirilən mutasiyalarda da yeni növlər meydana gətirilə bilinməməsi təkamülün deyil, təkamülün olmadığının dəlilidir. Dolayısilə mutasiyaların da təkamülə dəlili olaraq göstərilməsi qeyri-mümkündür.
Jonathan Wells
Evrim teorisi 19. yüzyılın sonlarından bu yana Batılı ülkelerin eğitim sistemlerine girdi ve genç nesillere sözde bilimsel bir gerçek gibi öğretildi. Ama gerçekte öğretilenler, bilime aykırı "ikon"lardı.
Əslində "niyə təkamül nəzəriyyəsinə inanırsınız" sualı qarşısında anket dolduranların böyük hissəsi bu saydığımız saxta dəlillərin də çox azını, çox səthi şəkildə bilmiş olacaqlar. Bir zamanlar bir qəzet və ya jurnalda oxuduqları, lisey müəllimlərindən eşitdikləri, təkamülçü mənbələrdə gördükləri bu "əfsanə"lər onları bir dəfə təkamülün olduğuna inandırmışdır. Həmçinin bir daha da bunları sorğulamağa ehtiyac duymamışlar.
Halbuki, yuxarıda guya dəlil olaraq verilənlərin hər biri tamamilə çürükdür.
Bu bir iddia deyil, təkamül nəzəriyyəsini tənqid edən elm adamlarının konkret dəlillərlə açıq şəkildə isbat etdikləri bir həqiqətdir. Bu kitabın sonrakı səhifələrində də eyni həqiqət yenə açıqlanacaq.
Darvinizmi tənqid edən əhəmiyyətli adlardan biri olan Amerikalı bioloq Jonathan Wells(4), bir çox təkamül tərəfdarının əzbərdən bildiyi, amma əslində hamısı da tamamilə yanlış bir batil inanc olan qeyd olunan təkamül əfsanələrini "təkamülün ikonları" olaraq tanıdır. İkon, bəzi batil dinlərdə olan və o inancın müqəddəs saydığı anlayışları təmsil edən və mənsublarına xatırladan simvollara verilən addır. Ateist bir din olan(5) təkamül nəzəriyyəsinin, özünə bağlı kimsələrin inanclarını ayaqda saxlamaq üçün istifadə etdiyi ikonlar isə, "meymun adam" şəkilləri, "insan rüşeymindəki qəlsəmələr" kimi həqiqətdə elmi bir saxtakarlıqdan ibarət olan şəkillər, yuxarıda saydığımız və hər biri əsassız olan əfsanələrdir. "Wells, icons of evolution: science or myth? why much of what we teach about evolution is wrong?" (Təkamülün ikonları: Elmi əfsanədirmi?. Təkamül haqqında öyrətdiyimiz şeylərin çoxu niyə səhvdir?) adlı kitabında, burada saydığımız əfsanələrə bənzər 10 ədəd "təkamül ikonu" sayar və bunların niyə çürük olduğunu müfəssəl şəkildə izah edər.
Bu əfsanələrin hamısı bu gün çökmüş vəziyyətdədir. Yerlərinə təkamülçülər tərəfindən irəli sürülən heç bir yeni dəlil də yoxdur.
Bu səbəblədir ki, darvinizm 19-cu əsrin qeyri-qənaətbəxş elmi səviyyəsində "bir zamanlar" bəzi insanlara qaneedici kimi görünən, ancaq maskası 21-ci əsrdə tamamilə düşmüş, köhnə və çürük bir nəzəriyyədir.

Din və elm mövzusu

Jonathan Wells
Benjamin Wiker'ın kitabı
Darvinizmin puç olan əfsanələrini sonrakı səhifələrdə təhlil edəcəyik. Ancaq bundan əvvəl, bir çox təkamül tərəfdarını bu nəzəriyyəyə bağlayan başqa bir səbəbi ələ almaq və çürütmək lazımdır.
Bu niyə "din və elm qarşıdurması" deyilən saxta şablondur?. Bu həqiqətdən kənar şablonu müdafiə edənlər, təkamül nəzəriyyəsinin elmi dəlilləri olan, "elm adamları" tərəfindən ortaq bir qənaətə gəlinib qəbul edilən bir həqiqət olduğunu iddia edirlər. Yaradılış həqiqətini isə elmdən ayrı, yalnız inancın bir tələbi olaraq irəli sürürlər. Halbuki, bu iddiaları tamamilə həqiqətdən kənardır. Bu mövzuda nümunə olaraq ABŞ-da təkamül nəzəriyyəsinin məktəblərdə necə oxudulması lazım olduğu mövzusunda davam etdirilən mübahisəni verə bilərik. Bu mübahisə tamamilə elmi səviyyədə keçməsinə baxmayaraq, "kilsələr ilə elm adamlarının anlaşmazlığı" kimi göstərilməyə çalışılır. Türkiyədə də bir qisim media orqanlarında və nəşriyyatlarda bu mövzuda dərc olunan xəbərlərə və ya bu qəzetlərin köşə yazarlarının bir hissəsinin bu mövzudakı məqalələrinə baxıldığında hamısının eyni səthi və səhv şablonu istifadə etdikləri görüləcək.
Bu şablon aşağıdakı səbəblərə görə tamamilə səhvdir:
Əvvəlcə yaradılış elmi dəlillərlə müdafiə olunur. Bu gün dünyada davam edən təkamül-yaradılış mübahisəsi "elm adamları ilə kilsələr" arasında deyil, təkamül nəzəriyyəsinə inanmaqda israr edən elm adamları ilə bu nəzəriyyənin əsassızlığını görən elm adamları arasında gedir. Mövcud elmi dəlillərin hamısı təkamülün əleyhinədir. Bu dəlillərin gücü sayəsində, 90-cı illərin ikinci yarısından etibarən təkamül nəzəriyyəsi ABŞ-da zəifləməyə başlamış, müvafiq olaraq Kanzas, Corciya, Ohayo kimi əyalətlərdə, məktəblərdə təkamül nəzəriyyəsinin əsassızlığını göstərən dəlillərin də öyrədilməsinin lazım olduğu qərara alınmışdır. ABŞ-da təkamül nəzəriyyəsinə qarşı olduqca güclü bir qarşıdurma baş göstərmişdir. Bu hərəkatın bütün üzvləri ABŞ-ın ən böyük universitetlərində karyeraları olan elm adamlarıdır. Hətta 70-ci illərdə həyatın mənşəyi və kimyəvi təkamül mövzusundakı müddəasıyla təkamül nəzəriyyəsinin tanınmış müdafiəçilərindən biri olan prof. Dean Kenyon da, təkamül nəzəriyyəsinə qarşı hərəkatın nümayəndələrindən biri halına gəlmişdir və həyatın mənşəyinin təkamüllə deyil, ancaq yaradılışla açıqlana biləcəyini müdafiə edir.

Epikürdən darvinizmə miras qalan doqmatizm

Fransiskan Universitetində elm və teologiya mövzusunda müəllim vəzifəsində işləyən Benjamin Wiker "moral darwinizm: How we become hedonists? (əxlaqi darvinizm: Hedonistlər halına necə gəldik?)" adlı kitabında Darvinin təkamül nəzəriyyəsinin Qədim Yunanistan və Romanın materialist mütəfəkkirləri Epikür və Lukretsinin fəlsəfələrinin aktuallaşmış bir versiyası olduğunu ətraflı şəkildə izah edir. Bu iki fikir, sonradan Darvinin dilə gətirəcəyi:
  • 1) Təbiətin "öz-özünə işləyən bir sistem" olduğu.
  • 2) Canlılar arasında amansızcasına bir həyat mübarizəsinin yaşandığı və bunun təbii seleksiya yolu ilə təkamülü təmin etdiyi.
  • 3) Təbiəti və canlıları izah edərkən, bir "teleoloji" şərhin edilməməsi (yəni məqsədə yönəlmiş şəkildə var olduqları fikrindən yola çıxılmaması) lazım olduğu kimi həqiqətdən kənar fikirləri ətraflı şəkildə yazmışlar.
Diqqət çəkən məqam isə, bu fikirlərin elmi olmamasıdır. Həm Epikür, həm də Lukretsi təcrübələr və müşahidələr aparmamış, tamamilə öz istəkləri istiqamətində səthi məntiq yürütmüşlər. Həmçinin bu məntiqin çıxış nöqtəsi də çox maraqlıdır. Epikür, bir Yaradıcının varlığını qəbul etmək istəmədiyini, bu həqiqətin özü ilə birlikdə axirət inancını da gətirdiyini və buna görə də özünü məhdudlaşdırılmış hiss etdiyini açıqlamış və bütün fəlsəfəsini qəbul etmək istəmədiyi vəziyyətdən xilas olmaq üçün inkişaf etdirdiyini ifadə etmişdir. Digər bir sözlə Epikür, ateizmi özünə psixoloji bir rahatlıq təmin etdiyi üçün seçmiş, sonra da bu seçiminə əsaslanan bir dünyagörüşü meydana gətirməyə təşəbbüs etmişdir. Bu səbəblə də kainatdakı nizamın və canlıların mənşəyi mövzularına ateist bir şərh tapmağa çalışmış, təkamülə təməl olan fikirləri bu məqsədlə mənimsəmişdir.
Qısaca yekunlaşdırdığımız Epikür-Darvin əlaqəsini çox ətraflı şəkildə ortaya qoyan Benjamin Wiker bu mövzuda bu şərhi verir:
İlk darvinist Darvin deyildi. Sisam (Samos) adasında e.ə. 341-ci ildə anadan olmuş Epikür adlı pis ada sahib bir yunanlı idi. Darvinizmin fəlsəfi təməllərini meydana gətirən o idi. Çünki, tamamilə materialist, ateist kosmologiyanı o meydana gətirdi. Bu kosmologiyaya görə, cansız maddənin məqsədsiz qarşılıqlı təsirləri, sonsuz zaman daxilindəki bir sıra təsadüfi qəzalar nəticəsində, yalnız Dünyanı deyil, eyni zamanda onun üzərindəki saysız həyat formasını da meydana gətirmişdi. (Epikür) bu kosmologiyanı hər hansı bir dəlilə əsaslanaraq deyil, dünyanı Yaradıcı fikrindən ayırmaq istəyinə əsaslanaraq meydana gətirmişdi... Dinə qarşı bəslədiyi nifrət Epikürü modernizmə bağlayır, çünki (darvinist) modernlər də Epikürün varisləridir. Uzun və dolanbaclı bir yol nəticəsində Epikür materializminin yenilənmiş bir forması hazırkı dövrdə elmi materializmin təməli halına gəldi. Bu Darvinin "Növlərin Mənşəyi"ndə fərz etdiyi materialist kosmologiya idi və hələ də təbiətdəki dizaynı görməzlikdən gələnlərin fikri təməlini meydana gətirir.(6)
Hazırkı dövrdə də təkamül nəzəriyyəsini israrla müdafiə edənlərin motivasiyası, "elm tərəfdarı" olmalarından deyil, "ateizm tərəfdarı" olmalarından irəli gəlir. Ateizmə olan bağlılıqları isə, eynilə baniləri Epikürdə olduğu kimi, Allahın varlığını qəbul etməyin öz eqoist ehtirasları ilə ziddiyyət təşkil etməsindən qaynaqlanır.
Burada dərhal bunu ifadə etmək lazımdır ki, Allahın Quranda inkarçılar haqqında bildirdiyi, "vicdanları qəbul etdiyi halda, zülm və təkəbbürlülükdən ötrü (Allahın ayələrini) inkar etdilər" (Nəml surəsi, 14) ayəsi, bu kəslərin vəziyyətini tam olaraq təsvir edir. Başqa bir ayədə isə;"nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü?..." (Furqan surəsi, 43) deyə buyrulur. Sırf Onun varlığını qəbul etmək nəfslərinin istək və ehtirasları ilə zidd düşdüyü üçün Allahı inkar edən Epikürçü-Darvinist qəbilə də bu ayədə təsvir edilən insanların mövqeyinə daxil olurlar. Buna görə də təkamül-yaradılış mübahisəsini "elm-din qarşıdurması" kimi görmək çox böyük bir aldanışdır.
Təkamül və yaradılış, kainatın və canlıların mənşəyi haqqında tarixin keçmiş dövrlərindən bəri mövcud olan iki fərqli şərhdir. Bu iki şərhdən hansının elmi olaraq doğru olduğunun başa düşülməsi üçün elmi tapıntılara baxmaq lazımdır. Bütün tapıntılar bu kitabda və digər əsərlərimizdə açıqlandığı kimi, təkamül nəzəriyyəsinin yanlış, yaradılış həqiqətinin isə doğru olduğunu bir dəfə daha sübut edir.

Elmin ateist olmaq məcburiyyətində olduğu yanılması

Elmin ateist olmaq, yəni "kainat yalnız maddədən ibarətdir, maddədən başqa heç nə də şüur yoxdur" şəklindəki bir müddəaya inanmaq və bunu dəstəkləmək məcburiyyəti yoxdur. Elm, tapıntıları təhlil edər və doğruluğu qəti olan tapıntılar bizi hara aparırsa onu qəbul edər.
Bu gün astrofizika, fizika, biologiya kimi fərqli elm sahələri kainatda və təbiətdə təsadüflərlə açıqlanması qeyri-mümkün olan yaradılış nümunələrinin olduğunu açıq şəkildə göstərir. Dəlillər, bir Yaradıcının varlığını sübut edir. Bu Yaradıcı, göyləri, yeri və bu ikisi arasındakı canlı-cansız hər şeyi yaradan sonsuz güc və ağıl sahibi olan Allahdır.
Dəlilsiz "inanc" isə ateizmdir.
Ateizmin ən əhəmiyyətli dayağı olduğu güman edilən darvinizm isə, sonrakı səhifələrdə təhlil ediləcəyi kimi çökmüş vəziyyətdədir.

Iqtıbaslar

2- Robert D. Martin, Primatların Orijini ve Evrim, Princetown Üniversitesi Yayınları, 1990, s.82
3- David Pilbeam, American Scientist, Sayı 66, Mayıs-Haziran, 1978, s.379
4- Jonathan Wells, California Berkeley Üniversitesi'nde biyoloji lisansı ve moleküler biyoloji doktorası yapmış bir bilim adamıdır. Ayrıca Yale Üniversitesi'nde de ikinci doktorasını yapmıştır. Halen Seattle'daki Discovery Institute'da çalışmalarını sürdürmektedir.
5- Evrimin bir din olarak tanımlanması bazı okuyuculara garip gelebilir, ama son derece yerindedir. Din, bir insanın inandığı ve hayata bakışını belirleyen temel prensipleri ifade    eder. İnsana materyalist bir bakış veren ve bilime değil inanca dayanan evrim teorisi de bir dindir. Bu teoriyi din olarak tanımlayanlar arasında Julian Huxley veya Pierre Teilhard de Chardin gibi bazı evrimcilerin de yer aldığını belirtmek gerekir.
6- Benjamin D. Wiker, "Does Science Point to God? Part II: The Christian Critics", The Crisis Magazine, Temmuz-Ağustos 2003, http://www.crisismagazine.com/julaug2003/feature1.htm

Bir Zamanlar Həyatın Sadə Olduğu Güman Edilirdi

Bir Zamanlar Həyatın Sadə Olduğu Güman Edilirdi

Darvinizm yer üzündəki bütün canlıların hər hansı bir məqsəd ya da plan olmadan, təsadüflər nəticəsində meydana gəldiyini iddia edir.
Bu iddianın ilk halqasını isə, cansız maddədən ilk canlının meydana gəlməsi təşkil edir. Bu ilk canlının həqiqətən cansız maddədən təsadüfən meydana gələ biləcəyi göstərilməlidir ki, təbii bir "təkamül prosesinin" olub ola bilməyəcəyi mübahisə edilə bilsin.
Yaxşı, bəs onda bu ilk halqa elmi məlumatlarla müqayisə edildikdə ortaya nə çıxar?. Yəni cansız maddədən təsadüflər nəticəsində canlı bir orqanizm meydana gələ bilərmi?.
kurbağa
Bir zamanlar müşahidə və təcrübələrin yuxarıdakı suala müsbət cavab verdiyi hesab edilirdi. Yəni cansız maddədən öz-özünə canlıların törəyə biləcəyi düşünülürdü. Çünki, bəhs olunan "müşahidə və təcrübələr" çox primitiv idi.
Bu müşahidə və təcrübələri ilk olaraq qədim misirlilər aparmışdı. Nil çayının ətrafında yaşayan bu xalq yağışlı fəsillərdə Nilin ətrafında çoxalan qurbağaların, çayın təsiriylə palçıqdan törədiklərini zənn edirdilər. Yalnız qurbağaların deyil, ilan, soxulcan və siçanların da Nil çayında baş verən daşqınlar nəticəsində, çayın palçıqlarından meydana gəldiklərini düşünürdülər. Apardıqları səthi "müşahidə", onları bu cür batil bir inanca sürükləmişdi.
Lazzaro Spallanzani
Lazzaro Spallanzani
Yalnız Qədim Misirdə deyil, keçmiş dövrlərdəki bir çox bütpərəst cəmiyyətdə də canlı və cansız varlıqlar arasında tam da bəlli olmayan və asanlıqla keçilə bilən bir sərhəddin olduğu inancı geniş yayılmışdı. Hindu fəlsəfəsinə görə isə kainat "prakriti (materiya)" adı verilən böyük, yumru bir maddədən meydana gəlmişdi. Canlı-cansız bütün maddələr bu ilk maddədən təkamül keçirmək yolu meydana gəlir və təkrar prakritiyə çevrilirdi. Qədim yunan fəlsəfəçilərindən Talesin şagirdi Anaksimandr "təbiət" adlı şeirində heyvanların günəş işığı sayəsində buxarlanan bir palçıqdan meydana gəldiklərini yazdı.
Bütün bu batil inancların təməlində, canlıların sadə bir quruluşa sahib olduğu zənni dururdu. Bu zənn müasir elmin yarandığı Avropada da uzun müddət qorundu. Müasir elm 16-cı əsrdən etibarən inkişafa başladı, ancaq elm adamlarının canlıların incəliklərini, xüsusilə də onların gözlə görülməyən molekulyar quruluşunu araşdırma imkanları olmadığı üçün, ən azı üç yüz il canlıların sadə olduğu düşüncəsi bəziləri üçün inandırıcı olmağa davam etdi.
Bu inandırıcılığın təməlində yenə bəzi səthi müşahidə və təcrübələr vardı. Məsələn, Belçikalı kimyaçı Jan Baptista van Helmont (1577-1644) çirkli bir köynəyin üzərinə buğda tökdü və müəyyən bir müddət gözlədikdən sonra köynəyin ətrafında siçanların olduğunu gördükdə, buğda və köynək qarışığından siçanların törədiyinə inandı. Alman elm adamı Athanasius Kircher (1601-1680) də bənzər bir təcrübə apardı. Ölü milçəklərin üzərinə bal tökən və bir müddət sonra bu balın ətrafında uçuşan milçəklərin olduğunu görən Kircher, ölü milçəklərlə birləşən balın canlı bir milçək əmələ gətirdiyini zənn edti.
Ancaq daha şüurlu təcrübələr aparan elm adamları bu düşüncələrin bir yanılma olduğunu dərk edə bilirdilər. İtalyan elm adamı Francisco Redi (1626 -1697) bu mövzuda ilk dəfə diqqətli bir təcrübə apardı. İzolyasiya üsulundan istifadə edərək, ətlərin üzərindəki qurdların öz-özlüyündə meydana gəlmədiyini, milçəklərin gətirib buraxdıqları sürfələrdən çıxdığını müəyyənləşdirdi. Redi, canlıların cansız maddələrdən deyil, ancaq başqa bir canlıdan əmələ gələ biləcəyini müdafiə etdi. Bu görüş "biogenez" olaraq məlum oldu. Canlıların öz-özlüyündə meydana gələ bildiyi görüşünün adı isə "abiogenez" idi.
Louis Pasteur
Louis Pasteur, yaşamın cansız maddenin içinden kendiliğinden doğabileceği inancını bilimsel deneylerle yıktı. Bu bulguyla birlikte, Darwinistlerin hayali "evrim süreci" daha ilk halkasında çıkmaza saplanmış oluyordu.
Abiogenez və biogenez tərəfdarları arasındakı elmi mübahisəni 18-ci əsrdə John Needham (1713-1781) və Lazzaro Spallanzani (1729-1799) davam etdirdi. Hər ikisi də bir parça əti qaynatdıqdan sonra izolyasiya etdilər. Needham ətdə yenə qurdların meydana gəldiyini müşahidə etdi və bunu abiogenezə dəlil saydı. Spallanzani isə eyni təcrübəni təkrarladı, amma əti daha uzun müddət qaynatdı. Belə etməklə üzərindəki bütün üzvi formaları öldürmüş olurdu. Bunun nəticəsində ət qurdlanmadı. Beləcə Spallanzani abiogenezi çürütmüş olurdu. Amma yenə də bir çox insan buna inanmadı. Spallanzaninin "əti çox qaynadaraq içindəki həyat gücünü yox etdiyini" söylədilər.
Çarlz Darvin nəzəriyyəsini inkişaf etdirərkən, həyatın mənşəyi mövzusu məhz bu kimi mübahisələrlə naməlum idi. Bir çox insan qurdlar kimi gözlə görülə bilən canlıların olmasa belə, bakteriyaların və digər mikrobların cansız maddədən törəyə biləcəyinə inanırdı. Tanınmış fransız kimyaçısı Luis Pastör, əsrlərdir ki, davam edən abiogenez iddiasını apardığı təcrübələr ilə 1860-cı ildə çürütdü, amma abiogenez düşüncəsi yenə də bir çox insanın zehnində özünə yer saxlamağa davam etdi.
Bu səbəblə də Darvin ilk hüceyrənin necə meydana gəlmiş ola biləcəyi mövzusu barəsində heç düşünmədi. 1859-cu ildə nəşr olunan "Növlərin Mənşəyi"ndə bu mövzuya dair hər hansı bir şərhə yer vermədi. Pastörün təcrübələri bu mövzunun darvinizm üçün böyük bir problem olduğunu göstərdikdən sonra belə, məsələyə elə də ciddi yanaşmadı. Həyatın mənşəyi mövzusundakı bilinən yeganə "şərhi", ilk hüceyrənin "kiçik isti bir göldə" meydana gəlmiş ola biləcəyi istiqamətində idi. Darvin 1871-ci ildə Joseph Hookerə yazdığı məktubda belə deyirdi:
Türleirn Kökeni
Darwin'in Türlerin Kökeni adlı kitabı
Ümumiyyətlə deyilir ki, yaşayan orqanizmin meydana gəlməsi üçün lazımi şərtlər hal-hazırda mövcud olduğuna görə, bu şərtlər hər vaxt mövcud olmalı idi. Amma, əgər bütün amonyak və fosfor duzlarının olduğu, işıq, istilik, elektrik və sairənin də mövcud olduğu kiçik isti bir göldə, kimyəvi şəkildə bir zülal birləşməsi meydana gəlsə və mürəkkəb dəyişikliklər keçirməyə hazır olsaydı, hazırkı vaxtda bu maddə dərhal absorbsiyaya məruz qalardı (udulardı), amma canlı varlıqların varlığından əvvəl bu vəziyyət belə olmaya bilərdi. (7)
Bir sözlə Darvin, isti bir gölün içində həyatın xammalı olan bəzi kimyəvi maddələr olduğu təqdirdə zülalların meydana gələ biləcəyini, bunların da çoxalıb birləşərək bir hüceyrə meydana gətirə biləcəkləri fikrini müdafiə etmişdi. Bundan əlavə, belə bir əmələgəlmənin hal-hazırda dünya şərtlərində mümkün olmadığını, amma keçmiş dövrlərdə mümkün ola biləcəyini irəli sürmüşdü.
Darvinin hər iki iddiası da heç bir elmi təməli olmayan bir fərziyyə idi.
Amma bu fərziyyələr özündən sonra gələcək təkamülçülər üçün ilham mənbəyi olacaq və 1 əsrdən artıq bir müddət davam edəcək ümidsiz bir səyi başladacaqdı.
Bu ümidsiz səy, əsrlərdir varlığını qoruyan və Darvini də yanıldan bir yanlışlığa əsaslanırdı: Həyatın tamamilə təsadüflər və təbiət qanunları ilə meydana gələ biləcək qədər sadə olduğu yanılması...
O zamandan indiyədək 1 əsr qədər uzun bir müddət keçdi.
Haldane & Oparin
J. B. S. Haldane
Alexander Oparin
Minlərlə elm adamı həyatın mənşəyinə təkamüllü bir açıqlama gətirmək üçün səy göstərdi. İlk belə açıqlamalar Aleksandr Oparin və J. B. S. Haldanadan gəldi. Biri rus digəri isə ingilis (amma hər ikisi də marksist) olan bu iki elm adamı "kimyəvi təkamül" olaraq bilinən nəzəriyyəni ortaya atdılar. Darvinin xəyal etdiyi kimi, həyatın xammalı olan molekulların enerji verməsi sayəsində öz-özlərinə təkamül keçirib canlı hüceyrə əmələ gətirə biləcəklərini iddia etdilər.
Oparin və Haldananın müddəaları 20-ci əsrin ortasında sürət qazandı. Çünki həyatın nə cür mürəkkəb olduğu hələ də tam bilinmirdi və Stenli Miller adlı gənc bir kimyaçının apardığı bir təcrübə "kimyəvi təkamül" müddəasına saxta bir elmi dəstək təmin etmişdi.

Bir zamanlar Millerin apardığı bir təcrübə vardı

Stanley Miller
Stanley Miller
Bu gün həyatın mənşəyindən bəhs edən təkamülçü qaynaqlara baxsanız böyük ehtimalla müdafiə etdikləri müddəalara ən böyük dəlil olaraq, "Miller Təcrübəsi"ni göstərdiklərini görərsiniz. Bir çox ölkənin biologiyaya aid dərsliklərində şagirdlərə bu təcrübənin nə cür əhəmiyyətli bir tapıntı olduğu və guya "həyatın mənşəyi problemini necə işıqlandırdığı" izah edilir. Təcrübənin təfərrüatları çox vaxt görməzlikdən gəlinir. Təcrübədə nəyin meydana gətirildiyi və bunun həyatın mənşəyi məsələsinin nə qədərinə "işıq tutmuş" ola biləcəyi də görməzlikdən gəlinir.
Bu təcrübəyə aydınlıq gətirmək üçün, daha əvvəlki fəaliyyətlərimizdə çox ətraflı şəkildə yer verdiyimiz həqiqətləri qısaca yekunlaşdıraq.
1953-cü ildə Çikaqo Universitetinin Kimya fakültəsinin tələbəsi olan Stenli Miller müəllimi Harold Ureyin də nəzarəti altında primitiv yer atmosferinə bənzədiyini fərz etdiyi bir qaz qarışığı meydana gətirdi. Sonra bu qarışığın içinə bir həftədən artıq bir müddət elektrik verdi və bu müddətin sonunda canlılarda istifadə olunan (və istifadə olunmayan) bəzi amin turşularının sintez edildiyini müşahidə etdi.
Amin turşuları bədənin ən fundamental vəsaitləri olan zülalların bünövrələridir. Yüzlərlə amin turşusu, hüceyrə içində müəyyən bir sırayla birləşdirilir və beləcə zülallar yaranır. Hüceyrələr də ortalama bir neçə min müxtəlif növdəki zülaldan meydana gəlir. Yəni amin turşuları canlıların ən kiçik hissəcikləridir.
Məhz bu səbəblə də Stenli Millerin amin turşusu sintezi, təkamülçülər arasında böyük həyəcan oyandırdı və on illərlə davam edəcək "Miller təcrübəsi əfsanəsi" meydana gəlmiş oldu.
Halbuki, əfsanə boş idi. Etibarsızdı.
Bu həqiqət yavaş-yavaş ortaya çıxdı. 1970-ci illərdə, dünyanın yeni meydana gəldiyi dövrlərdə mövcud olan atmosferin, Millerin təcrübəsində istifadə etdiyi metan və amonyak qazlarını ehtiva etmədiyi, bunların əvəzinə başlıca olaraq azot və karbon qazlarını ehtiva etdiyi sübut edildi. Bu da Millerin ssenarisini boşa çıxardı, çünki bəhs olunan qazlar amin turşusunun meydana gəlməsi üçün heç də uyğun deyildi. Geologiya jurnalı "Earth"da dərc olunan 1998-ci il tarixli bir məqalədə bu həqiqət belə yekunlaşdırıldı:
Bu gün Millerin ssenarisinə şübhə ilə yanaşılır. Bunun bir səbəbi isə, geoloqların primitiv atmosferin başlıca olaraq karbon və azot qazlarından meydana gəldiyini qəbul etmələridir. Bu qazlar isə 1953-cü ildəki təcrübədə (Miller Təcrübəsində) istifadə ediləndən daha az aktivdirlər.(8)
Miller deneyi
Miller'in varsayımının aksine, erken atmosfer organik moleküllerin oluşması için hiç uygun değildi.
Digər tanınmış bir elm jurnalı "National Geographic"in eyni ilə aid bir məqaləsində isə, mövzuyla əlaqədar bu sətirlərə yer verilirdi:
Bu gün bir çox elm adamı primitiv atmosferin Millerin irəli sürdüyündən fərqli olduğunu təxmin edir. Primitiv atmosferin, hidrogen, metan və amonyakdan çox, karbon və azot qazlarından meydana gəldiyini düşünür. Bu isə kimyaçılar üçün pis bir xəbərdir!. Karbon və azot qazlarını reaksiyaya daxil etdiklərində əldə edilən üzvi birləşmələr olduqca dəyərsiz miqdarlardadır. (9)
Jon Cohenin "Science" jurnalında dərc olunan 1995-ci il tarixli bir məqaləsindəki bir şərh də bu mövzuya aydınlıq gətirir. Cohen həyatın mənşəyini araşdıran elm adamlarının Miller Təcrübəsinə diqqət yetirmədiklərini ifadə etmiş və səbəbini də belə yekunlaşdırmışdır: "Çünki primitiv dünya atmosferi, Miller-Urey simulyasiyasına qətiyyən bənzəmirdi". (10)
Miller təcrübəsini etibarsız hala salan başqa bir nöqtə isə, primitiv dünya atmosferində bol miqdarda oksigen olduğunun da müəyyənləşdirilmiş olunmasıdır. Bu istər Miller təcrübəsini, istərsə də digər kimyəvi təkamül ssenarilərini çıxılmaz vəziyyətə salmışdır, çünki oksigenin, bütün üzvi molekulları oksidləşdirmə xüsusiyyəti vardır. Bədəndə bu təhlükənin qarşısı çox xüsusi ferment sistemləri sayəsində alınmış olar. Təbiətdə sərbəst halda gəzəcək üzvi bir molekulun oksigen tərəfindən oksidləşdirilməməsi, yəni yandırılmaması qeyri-mümkündür.
Bütün bu həqiqətlərə baxmayaraq, başda ifadə etdiyimiz kimi Miller təcrübəsi on illərdir ki, həyatın mənşəyini izah edən çox əhəmiyyətli bir kəşf kimi göstərilir. Dərsliklərdə şagirdlərə belə təqdim edilir. Bu təqdimat aparılarkən də, "Miller üzvi birləşmələrin necə sintez edilə biləcəyini göstərdi" və ya "Miller ilk hüceyrələrin necə meydana gəldiyini göstərdi" kimi istiqamətləndirici ifadələr seçilir.
Jeremy Rifkin
Jeremy Rifkin
Məhz bundan ötrü də bir çox təhsilli insan bu mövzuda aldadılmışdır. Məsələn, bəzi məqalələrdə təkamül nəzəriyyəsindən danışılarkən, "amin turşusu, zülal kimi üzvi maddələr qarışdırılıb qaynadıldıqda həyat meydana gəlir, canlılar yaranır" kimi ifadələrə rast gəlinir. Ehtimal ki, bu, Miller təcrübəsi əfsanəsinin zehinlərdə qoyub getdiyi batil inanclardan biridir. Həqiqətdə isə, "amin turşusu, zülal kimi üzvi maddələr qarışdırılıb qaynadıldıqda həyatın meydana gəldiyi" heç vaxt müşahidə olunmamışdır. Həyat bir tərəfə dursun, amin turşularının meydana gəlməsi mövzusunu izah etməyə çalışan Miller təcrübəsi də, yuxarıda açıqladığımız kimi elmi etibarlılığı qalmamış, köhnə bir sınaqdır. Eynilə qurdlanan ətləri abiogenezə dəlili hesab edən Jan Baptista van Helmontun və ya Athanasius Kircherin "təcrübələri" kimi. Jeremy Rifkin, türk dilinə "Darvinin Çöküşü" adıyla tərcümə edilən kitabında (Algeny: A New World) eyni bənzətməni edir:
Əgər elm adamları azacıq şübhələnmək zəhmətinə qatlaşa bilsəydilər, bu təcrübənin (Miller təcrübəsinin), eynilə daha əvvəlki illərdə zibillərin içindən çıxan milçək qurdlarını müşahidə edərək həyatın cansız maddədən meydana gəldiyini iddia edən elm adamlarının etdikləri kimi, saxta bir hekayədən ibarət olduğunu dərhal görə bilərdilər. (11)
Miller təcrübəsini əhəmiyyətli bir kəşf zənn edənlərin anlaya bilmədikləri çox əhəmiyyətli bir nöqtə də budur: Miller təcrübəsini, meydana gətirdiyi və primitiv dünya atmosferi ilə əlaqəsi olmayan süni şərtlər altında reallaşdırmışdır, yəni təcrübənin şərtləri etibarsızdır. Bundan əlavə (və ən əhəmiyyətlisi də) bu təcrübədə yalnız amin turşusu sintez edə bilmişdir və hər hansı bir şəkildə amin turşusunun meydana gəlməsi, mütləq canlıların meydana gəlməsi demək deyil.
Canlı hüceyrəsini nəhəng bir fabrikə bənzətsək, amin turşuları da bu fabrikin bir kərpici ola bilər. Əhəmiyyətli olan bu kərpiclərin necə düzülüb dizayn ediləcəyidir. Bu günə qədər aparılmış heç bir təcrübə amin turşularının təsadüfən və ya öz-özlərinə yerbəyer olunub funksional bir zülal meydana gətirdiklərini göstərməmişdir. Canlıların meydana gəlməsi üçünsə yüzlərlə fərqli zülalın, DNT kodlarının, bunları şərh edən fermentlərin, seçib keçirici bir hüceyrə pərdəsinin və sairənin, yəni çox mürəkkəb bir mexanizmlər toplusunun meydana gəlməsi lazımdır. Belə bir "kimyəvi təkamül"ün baş verməsinin mümkünlüyü isə heç vaxt göstərilə bilinməmişdir. Eləcə də, buna inanmaq tək sözlə namümkünə inanmaqdır. Dünya səviyyəsində tanınmış fizikaçı və elmi yazıçı Pol Deyvis bu mövzuda bu əhəmiyyətli şərhi edir:
Bəzi elm adamları, yalnız bir az enerji əlavə edək, (həyat) öz-özünə meydana gələr deyə düşünürlər. Bu, bunu demək kimi bir şeydir: Kərpic yığınlarının altına bir dinamit qoyaq. Partlasın və bir eviniz olsun!. Əlbəttə bir eviniz olmaz, yalnız dolaşıqlıq yaranar. Həyatın mənşəyini açıqlamadakı çətinlik, bu mürəkkəb molekulların iç-içə keçmiş mürəkkəb təşkilati strukturunun, təsadüfən bir enerjinin daxil olması ilə necə meydana gəldiyinin açıqlanmasındadır. Bu çox spesifik mürəkkəb molekullar bir yerə necə toplanmışlar?.(12)
Əslində Pol Deyvisin göstərdiyi nümunə, həyatın mənşəyi probleminin həqiqi həllini də özündə saxlayır. Ortada bir ev varsa, bu evin, "kərpiclərin dinamitlə partladılması nəticəsində" meydana gəldiyini fərz etmək və bunun necə mümkün ola biləcəyi mövzusunda nəzəriyyələr meydana gətirmək məntiqlidirmi?. Yoxsa məntiqli olan, evin dinamit partlaması nəticəsində deyil, üstün bir yaradılış və nizamlanma nəticəsində meydana gəldiyini mi qəbul etməkdir?.
Cavab çox aydındır.
Bu səbəblədir ki, həyatın mürəkkəbliyinin bütün incəlikləriylə aydın olduğu son 20 ildə bir çox elm adamı "kimyəvi təkamül" əfsanəsini bir kənara qoymuş və həyatın mənşəyinə yeni bir cavab gətirməyə başlamışdır: Bu cavab, yaradılış həqiqətidir.

Həyatın təəccüb oyandıran kompleksliyi

Gerald Schroeder
Ünlü İsrailli fizikçi ve moleküler biyolog Gerald Schroeder
Yaradılış həqiqətinin açıq şəkildə görülməsinə səbəb olan ən əhəmiyyətli başlanğıc nöqtəsi, həyatın Darvinin dövründə xəyal belə edilə bilməyən komplekslikdə olmasıdır. Lehigh Universitetinin biokimya professoru Michael J. Behe 1996-cı ildə nəşr olunan "Darwin's Black Box" (Darvinin Qara Qutusu) adlı kitabında canlılardakı kompleksliyin kəşf edilməsindən belə danışır:
1950-ci illərin ortalarından bəri biokimya elmi molekulyar səviyyədə həyatın fəaliyyətlərini aydınlığa qovuşdurur. 19-cu əsrin inkişaf səviyyəsindəki elmə; görmə, immunitet sistemi və ya hərəkət mexanizmləri kimi sistemlərin işləyişləri məlum deyildi. Müasir biokimya elmi isə bu və buna bənzər funksiyaları yerinə yetirən molekulların müəyyənləşdirilməsinə yol açdı. Əvvəllər həyatın təməllərinin sadə bir əsasa söykəndiyi düşünülürdü. Halbuki, bu ümid artıq tamamilə puç olmuşdur. Görmə, hərəkət mexanizmləri və digər bioloji funksiyaların, video kameralar və avtomobillərdən daha az mürəkkəb olmadığı sübut edilmişdir. Elm, həyatın kimyəvi quruluşunun necə formalaşdığını anlaya bilmək üçün xeyli inkişaf etmişdir. Lakin bioloji sistemlərdə olan molekulyar səviyyədəki həssas nizam və komplekslik bunların mənşəyinin izah olunması mövzusunda elmi iflicə uğratmışdır... Bir çox elm adamı özünə çox güvənərək buna izah tapdığını söyləmişdir. Yaxud çox yaxında buna izah gətirəcəklərini söyləmişdir, lakin peşəkar elmi ədəbiyyatda iddialarına bir dəstək tapa bilməmişdir. Daha əhəmiyyətlisi, sistemlərin öz strukturları araşdırıldığında həyat mexanizmlərinin darvinist bir yanaşma ilə əsla izah oluna bilinməyəcəyi aydın görünür.(13)
Yaxşı, hüceyrənin içində bu qədər kompleks olan nə vardır?. Behe sualın cavabını belə yekunlaşdırır:
1950-ci illərdən qısa bir müddət sonra elm, yaşayan orqanizmləri meydana gətirən molekulların bir qisminin xüsusiyyətlərini və formalarını müəyyənləşdirə biləcək bir səviyyəyə gəlib çatdı. Yavaş-yavaş, uzunmüddətli çalışmalar nəticəsində bir çox bioloji molekulun quruluşu kəşf edildi və bunların işləmə üsulları saysız təcrübə ilə sübuta yetirildi. Toplanan nəticələr isə həyatın maşınlar üzərində qurulmuş olduğunu göstərir. Bu maşınlar molekullardan meydana gəlmişdir!. Molekulyar maşınlar yüklərini hüceyrə içində bir yerdən başqa bir yerə, yenə digər molekullar tərəfindən meydana gətirilən "əsas yollar" ilə daşıyırlar. Bu vaxt digərləri hüceyrəni bir şəkildə sabit saxlaya bilmək üçün kabel, ip və çarx kimi müxtəlif vəzifələr yerinə yetirərək hərəkət edərlər. Maşınlar hüceyrəyə aid elektrik açarlarını işə salıb ayırırlar, bəzən hüceyrəni öldürər və ya əksinə inkişafını təmin edərlər. Günəş enerjisiylə işləyən maşınlar fotonların enerjisini ələ keçirər və bunları kimyəvi maddələr içində saxlayarlar. Elektrikli maşınlar axımın sinirlərdən keçməsini təmin edər. İstehsal prosesini həyata keçirən maşınlar özləri kimi başqa molekulyar maşınları və özlərini inşa edərlər. Hüceyrə maşınlardan istifadə edərək üzər, qidalanar və özünün surətini çıxardar. Bir sözlə, olduqca kompleks olan molekulyar maşınlar bütün hüceyrəvi proseslərə nəzarət edərlər. Həyatın incəlikləri həssas şəkildə nizamlanmışdır və nəticədə həyatın maşınları olduqca kompleksdir. (14)
İsrailli fizikaçı və molekulyar bioloq Gerald Schroeder də hüceyrənin içindəki fövqəladə kompleksliyə belə diqqət çəkir:
...Bədəninizdəki hər hüceyrə fasiləsiz olaraq saniyədə ortalama 2000 zülal meydana gətirir. Hüceyrələr bu işi elə nəcib şəkildə yerinə yetirirlər ki, biz bu qədər fəaliyyəti qətiyyən hiss etmirik. Zülal yüzlərlə amin turşusunun bir yerə gələrək meydana gətirdiyi bir silsilədir və amin turşuları da təxminən iyirmiyə qədər atomdan meydana gəlir. Bədəninizdəki hər bir hüceyrə hal-hazırda təxminən on milyon atomdan ibarət olan beş yüz min amin turşusunu seçib bunları əvvəldən seçilmiş olan silsilələrdə yerbəyer edərək bir yerə gətirir, hər bir silsilənin spesifik bir şəkildə qıvrılıb qıvrılmadığına nəzarət edir və daha sonra hər bir zülalı necə olursa bu xüsusi zülala ehtiyac duyduğunun işarəsini verən müəyyən bir sahəyə, bəzilərini hüceyrə içinə, bəzilərini isə hüceyrə xaricinə göndərir. Bu əməliyyat hər saniyə hər hüceyrədə təkrarlanır. Bədənimiz yaşayan bir möcüzədir.(15)
Bu fövqəladə kompleks quruluşun təsadüflərin və təbiət qanunlarının məhsulu olduğunu iddia etmək, Pol Deyvisin ifadə etdiyi kimi, kərpiclərin altına dinamit qoyaraq bir ev meydana gələ biləcəyini iddia etmək kimidir. Buna görə də həyatın kompleksliyi qarşısında darvinistlər çarəsizdirlər. Behe, heç bir elmi nəşrdə həyatın mənşəyinə dair təkamül xarakterli bir izahat olmadığını belə izah edir:
Təkamül haqqında yayımlanan elmi nəşrləri araşdırsanız və araşdırmanızda molekulyar maşınlar, yəni həyatın təməli üzərində diqqətinizi cəmləşdirsəniz, get-gedə artan bir qorxu və daimi bir səssizliklə qarşılaşarsınız. Həyatın kompleksliyi, bunu hesablama yolundakı elmin təşəbbüslərini iflicə uğratmışdır, molekulyar maşınlar Darvinin önünə aşılması mümkün olmayan bir barrikada qurmuşdur.(16)
Bir sözlə, həyatın mənşəyi təkamül nəzəriyyəsini çöküşə aparan əhəmiyyətli həqiqətlərdən biri olmuşdur. Bəs təkamülçülər niyə hələ də darvinizmi müdafiə edirlər?
Miller təcrübəsinin iki memarından biri olan Harold Urey bu mövzuda belə bir etirafla çıxış etmişdir.
Həyatın mənşəyi mövzusunu araşdıran bizlər, bu mövzunu nə qədər çox araşdırsaq da, həyatın hər hansı bir yerdə təkamül keçirmiş ola bilməyəcək qədər kompleks olduğu nəticəsinə gəlirik. (Ancaq) Hamımız bir inanc olaraq, həyatın bu planetin üzərində ölü maddədən təkamül yolu ilə əmələ gəldiyinə inanırıq... O qədər böyük bir komplekslikdədir ki, necə təkamül keçirdiyini xəyal etmək belə bizim üçün çətindir.(17)
Urey özünün və bir çox həmkarının həyatın təsadüfi bir mənşəyi olduğuna "inandıqlarını" ifadə edir. Həqiqətən də nəzəriyyənin təməlində elm deyil, inanc durur. Maddədən başqa bir şey olmadığı və bütün faktların maddi təsirlərlə izah olunmasının lazım olduğu istiqamətindəki bu inancın adı da materialist fəlsəfədir.
Elmi istiqamətdən çökən darvinizm, sırf bu fəlsəfəyə kor-koranə inanılmasından ötrü müdafiə olunur. Amma bu da nəzəriyyəyə daha artıq bir ömür qazandıra bilməmişdir.
DNA
Moleküler biyoloji, yaşamın Darwin zamanında hayal bile edilemeyecek kadar kompleks olduğunu ortaya çıkardı. Bugün canlı hücresinin, insanoğlunun tüm eserlerinden daha üstün olduğunu biliyoruz. Ve bu gerçek, yaşamı rastlantıların ürünü sayan Darwinizim'i yıkıyor.
Hücrenin kompleks yapısının en kapsamlı bölümünü, genetik yapısını belirleyen DNA'sı oluşturmaktadır.
Bilim adamları DNA'nın yapısı, şifrelenmesi hakkında yaptıkları uzun yılları kapsayan araştırmalara, harcadıkları büyük servetlere karşın, daha yeni yeni kayda değer bilgiler edinmektedirler. Buna rağmen hücrenin genetik yapısındaki mükemmellik de halen büyük bir sır olma özelliğini korumaktadır. DNA'nın kompleks yapısı, içerdiği hayati ve yüksek kapasitedeki bilgiler, hayatın oluşumunu tesadüflerle açıklamak isteyenleri çaresizliğe sürükleyen konuların başında gelmektedir.

Iqtıbaslar

7- CHARLES DARWIN TO J.D. HOOKER, Down [March 29, 1863]. http://ibiblio.org/gutenberg/etext00/2llcd10.txt
8- "The Crucible of Life", Earth, Şubat 1998
9- "Origin of Life on Earth", National Geographic, Mart 1998
10- Jonathan Wells, Icons of Evolution, Science or Myth, Why Much of What We Teach About Evolution is Wrong, Washington, DC, Regnery Publishing, 2000, s. 21
11- Jeremy Rifkin, Darwin'in Çöküşü, Ufuk Kitapları, İstanbul 2001, s.133
12- Paul Davies, C.W. [renouned physicist] & Adams Phillip [journalist], "More Big Questions," ABC Books: Sydney, Australia, 1998, ss.53-54, 47-48, 48
13- Michael J. Behe, Darwin'in Kara Kutusu, "Evrim Teorisi"ne Karşı Biyokimyasal Zafer,  Aksoy Yayıncılık, 1998, s.8
14- Michael J. Behe, Darwin'in Kara Kutusu, s.14
15- Gerald L. Schroeder, Tanrı'nın Saklı Yüzü, Gelenek Yayıncılık, Nisan 2003, İstanbul, ss.67-68
16- Michael J. Behe, Darwin'in Kara Kutusu, s.15
17- W. R. Bird, The Origin of Species Revisited, Nashville: Thomas Nelson Co., 1991, s. 325